Sənaye
03.05.2023 / 11:08
"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verildi (FOTO)
28306
İqtisadiyyat Nazirliyinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC-yə rezident statusu verilib.
Valyuta.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, şirkət Parkda investisiya dəyəri 7,3 milyon manatdan çox olacaq minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək.
"Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək", - deyə M.Cabbarov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay