Aqrar
02.05.2023 / 17:48
Bu il Ağdam rayonunda 16 ton barama tədarükü gözlənilir
28287
Bu il Ağdam rayonunda 16 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar ağdamlı kümçülərə 410 qutu (7790 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.
Hazırda 96 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.
Qeyd edək ki, Ağdam rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. Ötən il 78 kümçü tərəfindən 382 qutu ipəkqurdu bəslənilib, 9058 kiloqram barama istehsal edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay