BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9252
  • RUB
    2.1118
  • TRY
    0.044
  • GBP
    2.2614
28261
Azərbaycanın hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, 2019-cu ilin oktyabrın 23-dən bu vəzifədə çalışır. 
 
Ona qədər isə 6 nəfər müxtəlif illərdə ölkənin iqtisadi sektoruna rəhbərlik ediblər. Onu da qeyd edək ki, iqtisadiyyat üzrə nazirliklər müstəqillik illərində fərqli adlarla fəaliyyət göstərib. Belə ki, 1992-ci ilin aprelində təsis olunan nazirlik ilk olaraq İqtisadiyyat Nazirliyi adlandırılıb. 2001-2013-cü illərdə bu nazirliyin bazası əsasın İqtisadi İnkişaf Nazirliyi fəaliyyət göstərib. 2013-2016-ci illərdə isə müvafiq qurum İqtisadiyyat və Sənaye Nazirliyi adlandırılıb. 
 
Bizim.Media sabiq iqtisadiyyat nazirlərinin indi harada olduğunu araşdırıb. 
 
Əli Məsimli
 
Azərbaycanın ilk iqtisadiyyat naziri Əli Məsimli olub. O, 1993-cü ilin fevralın 5-dən aprelin 28-nə qədər ölkənin Baş naziri olub. 1993-cü ilin aprelin 29-dan sentyabrın 1-nə kimi isə iqtisadiyyat naziri vəzifəsini icra edib. Hazırda Milli Məclisin deputatıdır. 
 
Səməd Sadıqov
 
Ondan sonra iqtisadiyyat naziri postu Səməd Sadıqova həvalə edilib. O, 1 sentyabr 1993-cü ildən 18 noyabr 1996-cı ilə qədər bu vəzifədə çalışıb. Vəfat edib.  
 
Namiq Nəsrullayev
 
Namiq Nəsrullayev 1996-2001-ci illər arasında iqtisadiyyat naziri olub. 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyib. 2023-cü ilin yanvarın 17-də 77 yaşında vəfat edib. 
 
Fərhad Əliyev
 
2001-2005-ci illərdə ölkənin İqtisadiyyat Nazirliyi Fərhad Əliyevə havələ edilib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin 14 oktyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilir. Sabiq iqtisadi inkişaf naziri 2016-cı ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. 
 
Heydər Babayev 
 
2005-ci ildən 2008-ci ilə qədər iqtisadiyyat naziri Heydər Babayev olub. Hazırda bizneslə məşğul olduğunu bildirilir. Onun Azərbaycanda və xaricdə biznesinin olduğu deyilir. Heydər Babayev "ABU Petrol” və  "AB Standard” holdinqin sahiblərindən biridir. 
 
Şahin Mustafayev
 
2008-2013-cü illərdə iqtisadi inkişaf, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye, 2016-2019-cu illərdə isə iqtisadiyyat naziri vəzifəsini Şahin Mustafayev icra edib. Nazir vəzifəsindən azad edildikdən sonra o, Baş nazirin müavini təyin olunub. Şahin Mustafayev hazırda da Baş nazirin müavini vəzifəsini icra edir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana dekorativ balıq satan ölkələr - Kiloqramı 116 manatdan

"Apple"dan "Google"a süni intellekt zərbəsi: Axtarış müharibəsi başlayır

"Emirates" rekord mənfəət əldə edib

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi®

"Linkedin" süni intellektlə vakansiya axtarışını asanlaşdıracaq

Daha 4 KOB subyekti vergidən azad olundu

AZAL Moskvaya daha iki reysi təxirə salıb

Ruhana Əhmədova bankda şöbə müdiri təyin edildi

Ruhana Əhmədova bankda şöbə müdiri təyin edildi

Bakı, Sumqayıt və Abşeron üzrə may ayının pensiyaları ödənildi

Prezidentdən Arif Babayevlə bağlı Sərəncam

Bank kartlarından oğurluqlarda məsuliyyət yalnız müştərinindir?

Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ

“Ağ Saray”, “Baku Palace” və digər məşhur restoranlar cərimələndi

Yeni açılan yolda hərəkət məhdudlaşdırılacaq

Sabahın hava proqnozu

Dünyanın ən böyük avtomobil istehsalçısının mənfəəti kəskin azalıb

Dünyanın ən böyük avtomobil istehsalçısının mənfəəti kəskin azalıb

“Azərsun Holdinq”də daha bir şirkətin direktoru dəyişdi

Vətəndaşlara 66 milyon manatdan çox ƏDV geri qaytarılıb

Yüksək səslə musiqiyə qulaq asan sürücülərə XƏBƏRDARLIQ

Rusiyada 468,30 karatlıq nəhəng almaz tapıldı

"Peşəkar işçi motivasiyası az olanda da öz vəzifəsini qüsursuz yerinə yetirməlidir" - EKSPERT

Teatr tamaşası üçün alınan biletə görə ƏDV necə qaytarılır?

İcra Hakimiyyəti özünə yeni bina tikdirir

"Volkswagen" və "Porsche"nin hibridi satışa çıxarıldı

Naxçıvanda pensiyalar ödənildi

Naxçıvanda pensiyalar ödənildi

300 min nəfər qayıtmışdı - 18-i sağ qalıb

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

Birinin bank kartından 12 000, birindən 8 manat oğurlandı

Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin