BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
27868

Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif edilir. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Qeyd edək ki, güzəştli ipoteka krediti ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərə, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərə, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə şamil edilir. Səhiyyə işçilərinin də bu siyahıya əlavə edilməsi əmlak bazarına təsir edəcəkmi?

Limit tətbiqi tənzimləmə üçündür

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı dedi ki, dövlət güzəştli ipoteka kreditinə məbləğ limiti qoymaqla əslində prosesləri tənzimləyir: “Limit hər ilin sonunda dövlət büdcəsinin müzakirəsi aparılan zaman müəyyənləşdirilir. İstisna hal kimi bəzən limitin il ərzində çox cüzi şəkildə artırılması, yaxud azaldılmasına rast gəlinir. Tənzimlənmənin məqsədi bazara kəskin pul axınının qarşısını almaq, eyni zamanda alternativ bazarlar üzrə rəqabəti müəyyən mənada qoruyub saxlamaqdır. Çünki Mənzil İnkişafı Dövlət Agentliyinin xətti ilə də güzəştli mənzillər verilir”.

Mənzil qıtlığı və qiymət artımı olmayacaq

R.Osmanlı bildirdi ki, bu qərar güzəştli ipoteka kreditinə əlçatanlığın, eyni zamanda bu prosesdən yararlanan təbəqənin artırılması məqsədi daşıyır: “Səhiyyə işçilərinin bu prosesə qoşulması güzəştli ipoteka kreditinə tələbi qismən artıracaq. Amma bu hal zamanla tənzimlənəcək. Əgər limit artırılmayacaqsa, mənzil qıtlığı və qiymət artımı kimi amillər olmayacaq”.

Müştərilər ilkin ödəniş edə bilmir

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, İpoteka Fondu mənzil qiymətlərinin artımını nəzərə almır: “Son 3-4 ildir ki, ipoteka kreditləri ilə bağlı limit dəyişməyib. Mənzil qiymətlərində artım var, amma fond limiti artırmır. 1978-ci ildən sonra tikilən binalarda 3 otaqlıların limiti 90-100 min manat, yeni binalarda isə 140-150 min civarında təyin edilib. Amma son 1-2 ildir köhnə mənzil bazarında 20 faizə qədər qiymət artımı var. Məsələn 120-125 min manata satılan 3 otaqlılar artıq 150-155 min civarındadır. Amma ipoteka 100 min manat ayırır. Vətəndaş köhnə binaya görə 33 faiz ilkin ödəniş verməlidir. Yenitikililərdə isə 2013-cü ildən sonrakı binalara 20 faiz ilkin ödəniş tələb olunur. Əvvəl evlər 120-125 min olanda müştəri ilkin ödənişin 30 faizini verə bilirdi və asanlıqla ipoteka ilə mənzili əldə edirdi. Amma indi qiymətlər qalxıb”.  

Limit 120 minə qədər artırılsa...

M.Rüstəmov qeyd etdi ki, limitin artırılması gözlənilir: “İpoteka Fondu limiti 120 min manata qədər artırsa, mənzil bazarında böyük canlanma yarana, nəticədə daha çox mənzil satıla bilər. Kifayət qədər müştəri var ki, ipotekaya müraciət edib, lakin cavabsız qalıb. Limit aprel-may aylarında artırılacaq”.

Vətəndaş axtardığı mənzili tapa bilmir

Əmlak məsələləri eksperti Elnur Fərzəliyev dedi ki, bu mənzillər 25 illik verilir deyə, vətəndaş ev ala bilmir: “İpoteka kreditləri yenitikili, 9 mərtəbəli və 5 mərtəbəli binalardan yaşı daha yeni olanlara verilir. Bakıda mərkəz və ona yaxın ərazilərdə 1 otaqlı yenitikili binadakı təmirli mənzilin satış qiyməti 100 min manatdan bahadır. Köhnə 9 mərtəbəli binalarda isə 2 otaqlı mənzillərin satış qiyməti 100-140 min manat arası dəyişir. Qiymətlər də artan xətt üzrə gedir. Əmlak bazarında elə qiymət artımları baş verib ki, ipoteka krediti ilə mənzil almaq istəyən şəxslərin sayı artsa da, bir hissəsi axtardıqları mənzili bazarda tapa bilmir. 25 illik kreditə girib mənzil almaq istəyən şəxslər 1 otaq yox, maksimum 2 və ya 3 otaqlı ev almaq istəyirlər ki, sonra problem yaşanmasın”.

Onlara bu kreditlər verilmir

E.Fərzəliyevin fikrincə, güzəşt yaradılsa da, bəzi işçilər bundan istifadə edə bilməyəcək: “Səhiyyə işçilərindən dövlət xəstəxanasında işləyənlərin əməkhaqqı elə də yüksək deyil. Lakin özəl klinikalarda işləyən həkimlər daha çox əməkhaqqı alır. Tibb bacılarının əməkhaqqı isə 400 manat civarındadır. Onların da iş saatı həkimlərlə eynidir, amma əməkhaqqıları aşağı olduğuna görə onlara bu kreditlər verilmir, güzəştli ipotekadan yararlana bilmirlər. Əməkhaqqı yüksək olan həkimlərin isə onsuz da bu kateqoriyaya aidiyyəti yoxdur. Çünki onlar istənilən banka müraciət edib ipoteka krediti ala bilir”.

Sosial evlərin sayı azdır

Əmlak eksperti bildirdi ki, vətəndaşların ipotekalardan yararlana bilməsi üçün münbit şərait yaratmaq lazımdır: “Mütləq şəkildə dövlət dəstəyi olmalı, sosial layihələrin sayı artırılmalıdır. Maya dəyəri aşağı olan sosial evlər tikilməlidir ki, vətəndaşlar həmin mənzillərdən ala bilsinlər. Mənzil tikinti sahələrinin sayı artsa, ev almaq daha əlçatan olar. Çünki dövlət xətti ilə tikilən binalarda torpaq sahəsini dövlət ayırır və bir çox vergilərdən azad olduqlarına görə orada qiymətlər adi mənzillərdən 2 dəfəyə qədər daha ucuz təklif olunur. Amma sosial layihələrin sayı məhdud saydadır. Hər satış zamanı minlərlə müraciət olur, bir neçə yüz nəfər mənzil sahibi ola bilir”.  

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin