BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
27464

Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. Xəzər televiziyasının əməkdaşı Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb. Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.

İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub.

İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.

Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...

Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.

Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.

Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.

Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.

Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyadan çip və süni intellekt sektoruna 10 trilyonluq dəstək

"Lufthansa" Tel-Əvivə uçuşların ləğvini il sonuna qədər uzatdı

Avropada qaz qiymətləri ilin ən yüksək səviyyəsinə çatdı

Dünyanın ən dəyərli aktivləri - TOP 10

Məşhur Yapon şirkəti İsraildəki bütün mağazalarının fəaliyyətini dayandırdı

Bu il Türkiyəyə ən çox investisiya yatıran ölkələr - Azərbaycan ilk beşlikdə

Süni intellekt iş qüvvəsinə necə təsir göstərəcək? - “Qlobal CEO Proqnozları”

"Nvidia"ya növbəti böyük rəqib - "Amazon Trainium"

Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır"

Rusiyada uşaqsız həyat tərzinin təbliğinə görə yeni cərimələr hazırlandı - 5 milyon rubladək

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi (YENİLƏNİB)

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb

Ən çox "Bitcoin"ə sahib ölkə və şirkətlər

Ən çox "Bitcoin"ə sahib ölkə və şirkətlər

"Shopify"in gəlirləri gözləntiləri üstələdi - HESABAT

Azərbaycanda yeni Fond yaradılır

Trampın dolları gücləndirmək üçün atdığı addım bütün dünyanı şoka salacaq - KİV

Dünyanın yeni 8-ci ən dəyərli sərvəti - "Bitcoin"

Bu ilin sonuna qədər 4 notarial hərəkət elektronlaşdırılacaq

Bu rayonlara yağış yağır - Faktiki Hava

Avropanın qaz müşkülü: ümid Bakıyadır

İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb (FOTO)

Çin nəhəngi ödənişləri "Bitcoin" ilə qəbul etdiyini açıqladı - Səhmləri artdı

Çin nəhəngi ödənişləri "Bitcoin" ilə qəbul etdiyini açıqladı - Səhmləri artdı

Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib

Banka əmanət qoyanların DİQQƏTİNƏ! Belə daha çox gəlir qazanacaqsınız

"Bitcoin" 100 min dollara doğru inamla irəliləyir - Ən son proqnozlar

Emin Ağalarov: "Yeddi kilometr uzunluğunda bulvar yaradılacaq"

Prezidentin köməkçisi: "Azərbaycanda qanunun aliliyi və media azadlığı tam təmin olunur"

Prezidentdən ittihamlara cavab: "Onlara qazımız lazım idi"

NASA astronavtları kosmosdan videobağlantı ilə COP29 iştirakçılarına müraciət ünvanlayıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin