BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
27422

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov martın 31-də Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı, Qobustan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov Şamaxı Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 59 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin