Aqrar
27.03.2023 / 12:13
Xaricdən gətirilən gübrə kəskin bahalaşıb
27242
Azərbaycana xaricdən gətirilən gübrənin həcmi kəskin artıb, qiyməti isə bahalaşıb.
Valyuta.Az xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrdən Azərbaycana 14,2 min ton gübrə idxal edilib. Onun ümumi dəyəri 10,2 milyon dollar olub.
2022-ci ilin eyni dövründə isə xaricdən Azərbaycana ümumi dəyəri 5 milyon dollar olan 8 905 ton gübrə idxal edilmişdi.
Başqa sözlə, ötən illə müqayisədə gübrə idxalı 60%-dən çox artıb. Dəyər ifadəsində isə gübrənin idxalında 2 dəfəyə yaxın artım var.
2023-cü ilin ilk 2 ayında 1 ton gübrənin orta idxal dəyəri 732 dollar təşkil edib. Ötən il isə bu göstərici 561 dollar idi, başqa sözlə, idxal olunan gübrənin 1 tonu ötən ilə nisbətən 171 dollar və ya 30% bahalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay