BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
27122

Azərbaycanda iri pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Artıq martın 11-dən etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.

Bəs çörəyin ucuzlaşması hansı faktorlarla əlaqədardır?

Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Eyni zamanda beynəlxalq proqnozlara əsasən, bu il buğda istehsalı artacaq. Belə ki, FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya Buğda Bazarı üzrə gözləntilərinə əsasən, 2022/2023-cü il mövsümündə qlobal buğda istehsalı 2 % artacaq. Bununla yanaşı, Qara dəniz limanlarının fəaliyyətinin (buğda ixracının) qismən bərpası, qlobal istehsalın həcmində gözlənilən artım buğda qiymətlərinə olan təzyiqi müəyyən qədər azaldıb. Belə ki, ötən ilin iyul ayında İstanbulda BMT, Ukrayna, Türkiyə və Rusiyanın iştirakı ilə imzalanan və sonuncü dəfə 120 günlüyünə uzadılan “Taxıl saziş”inin daha 60 gün prolonqasiya olunması razılaşdırılıb. Bu, taxıl bazarının perspektivinə dair nikbin proqnozun formalaşmasında mühüm rol oynayır.

Unun qiymətinin aşağı düşməsi çörəyin ucuzlaşması ilə müşahidə olunur

Ötən ay Azərbaycana xarcidən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 % aşağıdır. Bu, Azərbaycanda unun topdansatış qiymətinin də enməsi ilə müşahidə edilib. Belə ki, hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 manat – 37,2 manat təşkil edir. Halbu ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat olub. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Qeyd etmək lazımdır ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi bazarda istehlakçılar üçün əlverişli qiymətlərin formalaşması üçün əlavə şərait yaradır.//report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

"Həzi Aslanov-2" metro stansiyasının tikintisi niyə yubanır? (AÇIQLAMA)

SOCAR İstiqrazlarının 10-cu kupon ödənişi edilib

Taleh Kazımov "Naxçıvan Bank"la bağlı məsələyə aydınlıq gətirib

Mərkəzi Bank sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqladı

Mərkəzi Bank sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqladı

"Azərenerji"nin ixrac gəlirləri 7 dəfə azalıb

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Ölkəmizdə duru yağ istehsalı artıb, marqarin istehsalı azalıb

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın ®

Almaniyada asanlıqla iş tapa biləcəyiniz 10 peşə

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Nigar Rüstəmliyə TƏBİB-də vəzifə verildi

Sabah hava necə olacaq?

Az qazanıb çox xərcəməyin yolu

“Apple”in süni intellektin inkişafı ilə bağlı “gizli” tədqiqat laboratoriyası var

Yeni gələn işçiyə daha çox maaş verilir?

Uçot dərəcəsinin azaldılması inflyasiyaya necə təsir edəcək?

Üç ayda kolbasa istehsalı 400 tona yaxın artıb

Yerli avtomobillərin istehsalının artması qiymətlərə necə təsir edəcək?

Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? – ARAŞDIRMA

Sübhi Kazımov işdən çıxarıldı

Gələn il Azərbaycanda internetin sürəti 50 Mbit/s-yə çatacaq

Rəhbər öz komandasına, işçisi kimi deyil, öncə insan kimi yanaşmalıdır - Mütəxəssis

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

“Aqrar Sığorta”da geri sayım davam edir - Yığımlar 2,2 mln. manatdan çox azalıb

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin