Azərbaycan xilasediciləri dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb (FOTO/VİDEO)
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb.
Bu barədə Valyuta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildiirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay