BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
26467

Laçın və Kəlbəcər rayonlarının yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında monitorinqlər davam edir.

Qaynarinfo xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstan respublikasından dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər.

Məlumata görə, Qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli mütəxəsislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər. Xarici və yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqların yem bolluğu, keyfiyyətli su mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib.

Qeyd edək ki, ötən il dekabrın 8-də Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.

Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.

Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Yaklar mütəxəssis nəzarətində saxlanılır.

Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir.

Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.

Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.

Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin