BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
25613

Bakıda iş adamı şirkəti ilə bağlı gömrükdə problem yaşadığını deyir. 

Şirkətin rəhbəri Orxan Kərimov sosial şəbəkə hesabında bildirib ki, sahibi olduğu reklam agentliyi beynəlxalq müsabiqədə qalib gəlib, amma mükafatlarını götürə bilmirlər. 

O iddia edir ki, şirkət adına gəlmiş 10 mükafat üçün Bakı Karqo Terminalında saatlarla gözləsə də, mükafatların təslimi yubadılır: “DGK-dan qeyd edilmişdi ki, yaxınlaşın, işiniz 20 dəqiqəyə həll olunacaq. Sabahın erkən saatlarından buradayam. Əgər mükafat şirkət adına gəlibsə, şirkət sahibi siz deyilsinizsə, mütləq şirkət VÖEN-i yanınızda olmalıdır. Fotosu, surəti qəbul edilmir. Öncə yaxınlaşırsınız anbara, orada sizinlə birlikdə qutunu açırlar, "mükafat həqiqətən qızıldandır?" sualını verirlər. Sonra isə "dəmir qapı" dedikləri yerə yaxınlaşırsınız. Gömrük əməkdaşı ilə dialoqlar sonrası mənə dedi ki, siz ancaq iki mükafatı ala bilərsiniz. Geri qalanı üçün rüsum ödəməlisiniz. Siz siz olun, iki mükafatdan çox qazanmayın. Dedim ölkəyə “Oscar” da gəlsə belə edəcəksiniz? Gülərək deyir hə”. 

O. Kərimov əlavə edib ki, bundan sonra brokerin yanına göndərilib və 40 AZN bəyənnamə üçün ödəniş edib. Həmçinin 115 AZN rüsuma, 31 AZN isə mükafatların anbarda qalmasına görə ödəyib: “Bununla bitmir, 4 saat daha gözləyəcəm ki, bəyənnaməmi kimsə sistemdə təsdiqləsin. Ola bilər ki, sabaha qalsın”.

Problemlə əlaqədar Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinin müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 

Eyni zamanda qeyd edirik ki, bu qaydaların müddəalarında nəzərdə tutulan güzəştlər yalnız fiziki şəxslərə şamil olunur.

Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin ünvanına beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə malların gətirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə tənzimlənir. Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər həmin Qaydaların 2-ci bəndində öz əksini tapıb”.

Mənbə: Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin