BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
24456

Son bir neçə ildə əhalinin böyük marağına səbəb olmuş layihələrdən biri də alınmış mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri alınmasıdır. Təsadüfi deyil ki, ən son məlumata görə, ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı axırıncı məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303 milyon 851 min 384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bəs, ƏDV-ni harada və hansı məhsullar üzrə geri almaq olur?

Bu barədə Dövlət Vergi Xidməti tərəfindən xeyli maarifləndirici məlumatlar paylaşılsa da, əhalinin müəyyən hissəsində sual yaradan məqamlar var. "APA-Economics" bu barədə araşdırma edərək ƏDV-ni geri qaytaran xidmət və məhsullara bir daha aydınlıq gətirib.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də bu vergi növünün ödəyicisi olmalıdır. O da əlavə edilməlidir ki, ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Məlumdur ki, buğda ununun və çörəyin, heyvan və quş ətinin satışı 2024-cü ilədək ƏDV-dən azad edilib. Həmçinin bu ildən kitabların satışına da ƏDV tətbiqi aradan qaldırılıb.

Eyni zamanda, cari ildən 3 il müddətində kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV malın bütöv məbləğindən deyil, ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu da o deməkdir ki, həmin məhsullara hesablanan ƏDV məbləği də digər məhsullarla müqayisədə azdır.

Ancaq burada bir məqam da var ki, ƏDV-nin bir hissəsinin qaytarılması bu vergi tətbiq edilən heç də bütün məhsullara şamil edilmir. Vergi Məcəlləsinin 165.5-ci maddəsində ƏDV-nin bir hissəsinin qaytarılmadığı məhsullar müəyyən edilib. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları aiddir.

Lakin o da vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılara göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin də bir hissəsinin geri qaytarılması həyata keçirilir.

Hazırda qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 2023-cü ildən isə nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılacağı gözlənilir.

Lakin burada da istisna var. Belə ki, cari ildən fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılan hissəsi onun 30 faizini təşkil edir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə, bu, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin