BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
23967

Yaxın günlərdə respublikada pambıq yığımına start veriləcək. Artıq sahələrdə son aqrotexniki tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına hazırlıq prosesini dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələrə start verib. “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda baş tutub. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Sabirabad rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri,  Sabirabad, Saatlı və Kürdəmirdən olan 300-dək pambıqçı fermer iştirak ediblər.

Müşavirəni açıq elan edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, respublikada pambıqçılığın inkişafı üzün davamlı tədbirlər görülür. Bu sahənin inkişafına dövlət dəstəyinin artırılması pambıqçılığı kənd təsərrüfatının ən gəlirli sahələrindən birinə çevirib. Sabirabadda fermerlərin pambıq becərməyə böyük maraq göstərir, rayonda orta məhsuldarlıq göstəricisi ildən-ilə yüksəlir. 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev iştirakçılara ölkədə 2022-ci ildə aparılmış pambıq əkinləri və görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub. Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə artırılıb. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 AZN, 2-ci növ üçün 780 AZN, 3-cü növ üçün 740 AZN, 4-cü növ üçün 700 AZN müəyyən edilib. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 AZN qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.

Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “Aqroservis” ASC-nin sədr müavini İlyas Həsənov, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri müşavirədə çıxış edərək 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu il pambıq şirkətləri tərəfindən 23,7 min hektar sahədə innovativ texnologiyalarla pambıq əkini aparılıb. Bu il pambıq sahələrində 4,1 dəfə kultivasiya, 2,4 dəfə seyrəltmə və ketmənləmə işləri görülüb,  səpinlə birlikdə və yemləmə şəkilində 2,3 dəfə gübrə verilib,  4,9 dəfə xəstəlik və zərərvercilərə, 65.6 min ha sahədə isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.

Müzakirələrdə texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

“Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə sabah İmişli rayonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin