BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
23203

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. 

Valyuta.az xəbər verir ki, iyunun 26-dək ölkə üzrə 456556 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50.6 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən şox yay şumu Sabirabad (87.1%), Hacıqabul (84.9%), Neftçala (84.4%), Bərdə (84.4%), Yevlax (83.2%) və Ucar (81.5%) rayonlarında aparılıb.

Qeyd edək ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də, müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.

Dəmyə şəraitdə isə 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir.

Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.

Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.

Yay şumu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin