19.07.2022 / 09:48
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
23066
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları, yaxud 3 % artıb.
Aktual.az xəbər verir ki, "Azeri Light"in 1 bareli 121,74 ABŞ dolları təşkil edib.
Hərraclarda "Brent” markalı neftin sentyabr fyuçersləri 105,77 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay