BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
23052

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində müxtəlif bitki sortlarının sınağına həsr olunan tarla seminarı keçirilib. Tədbirdə Agentliyin rəhbərliyi, yerli sort müəllifləri, toxum idxalçıları, fermerlər və yerli qurum nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Agentliyin sədr müavini Cəfər Məhərrəmov qurumun əsas fəaliyyət istiqamətlərindən birinin kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasının aparılması olduğunu bildirib. Qeyd edib ki, yeni sortların sınaq və qeydiyyatının aparılması, mühafizəsi, istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasının təmin edilməsi istiqamətində də Agentlik tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Burada əsas məqsəd kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər təsərrüfat faydalı göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və dövlət reyestrinə daxil edilməsi, həmçinin seleksiyaçı hüquqlarının qorunmasını və yerli şəraitə adaptasiya oluna bilməyən, buna görə də istehsal problemlərinə səbəb olan sortların istehsala çıxışının qarşısının alınmasıdır. Perspektivli, sınaq və ekspertizadan keçən sortların dövlət qeydiyyatına alınması yeni sort və hibridlərin fermerlərə əlçatanlığını təmin edərək, onların fermerlər tərəfindən idxalına, səmərəli becərilməsinə və ixracına imkan yaradır. Sədr müavini tədbirin əhəmiyyətini qeyd edərək, müxtəlif bitkilər üzrə digər sort-sınaq məntəqələrində bu səpgidə tədbirlərin keçirilməsinin vacibliyini bildirib.

Tədbirdə Agentliyin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Möhtəsim Əhmədov “Yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya olunan sortların əhəmiyyəti” barədə ətraflı məlumat verib. Çıxış edən toxum idxalçıları və mütəxəssislər sınağın nəticələrinə uyğun olaraq yerli və idxal olunan sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilib fermerlərə əlçatanlığının təmin olunmasının əhəmiyyətini bildiriblər.

Tarla seminarında iştirakçılar tərəfindən hazırda sınaqda olan müxtəlif bitkilərin 46 sort və hibrid üzrə yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya oluna bilən, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə fərqlənən sortların sınaq əkinlərinə baxış keçirilib.
Tədbir çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin