BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
22663

İki illik pandemiya fasiləsindən sonra turizm yeni dövrə qədəm qoyur. Sərhədlərin bağlı olması daxili turizmin genişlənməsinə zəmin yaratsa da, əvvəlki illərdən qalan problemlərin həll olunmadığını görürük. Yerli və əcnəbi turistləri narazı salan əsas məsələ qiymətlərin yüksək, xidmətin isə aşağı səviyyədə olmasıdır.

Əlbəttə, bunun səbəbləri haqda indiyədək çox danışılıb və təkliflər də verilib. Lakin nə fayda, bəzi sahibkarlar turizmə perspektivli biznes sahəsi kimi deyil, qısa müddətdə daha çox gəlir əldə etmək həvəsi ilə yanaşırlar. Görünür, bu streotiplərdən tezliklə qurtula bilməyəcəklər. Nəticədə ən böyük ziyan elə turizm sektorunun özünə dəyəcək. 

Müştəri narazıdırsa, niyə nəticə çıxarılmır? 

Turizm sektorunun hazırki durumunu Modern.az-a dəyərləndirən Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı pandemiyandan sonra Azərbaycana ərəb turistlərin axın etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycandakı varlılar istirahət üçün əsasən Qərb ölkələrinə üz tuturlar:

“İndi ölkəmizə səfər edənlər daha çox ərəb turistlərdir. Çünki bura həm müsəlman ölkəsidir, həm də onlar özlərinə uyğun mühitlə rastlaşırlar. Rusiyada və Müstəqil Dövlətlər Birliyindən (MDB) ölkəmizə səfər edən turistlərin sayı çoxdur. Bundan əlavə, Azərbaycana maraq daha çox Qərb ölkələrindəndir. Azərbaycanlılar isə ən çox qardaş Türkiyəyə səfər edir. Rusiyaya gedənlərin sayı az deyil, ancaq Ukrayna-Rusiya müharibəsinə görə bəzi problemlər yaranıb. Varlı təbəqə dünyanın istənilən ölkəsinə səfər edir. Desək ki, azərbaycanlılar daha çox Amerikaya gedir, bu doğru olmaz. Varlı təbəqə İngiltərəyə, Amerikaya və Skandinaviya ölkələrinə daha çox səfər edir. Orta təbəqə isə Türkiyə, müsəlman və MDB ölkələrinə üz tutur”.

Daxili turizmə gəlincə, Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycanda səfərlər əsasən şimal-qərb istiqamətindədir:

“Şəki, Qax, Zaqatala, Quba, Xaçmaz, Qəbələ, cənubda Lənkəran daha çox səfər edilən bölgələr sırasındadır. Son vaxtlar Göygölə üz tutanların sayı artır, orada yaxşı istirahət mərkəzləri var. Azərbaycanda dövlət turizmin inkişafına nə qədər qayğı göstərsə də, yerli məmurlar bunun inkişafına maneə olurlar. Türkiyə hökuməti turzm biznesinə dotasiya qoyur. Yəni, turizmlə məşğul olanları vergidən azad edir, təyyarə reyslərinə və digər məsələlərdə güzəştlər edilir. Buna görə də turizm orada inkişaf edir. Bizdə isə dövlət qayğı göstərir, ancaq yerli məmurlar istirahət mərkəzlərindən qanunla nəzərdə tutulmayan tələblər edirlər, bunu hamımız bilirik. Bu amillər də qiymətlərin qalxmasına təsir edir. İcra başçısı qərb ölkələrində olduğu kimi istəsə ki, çalışdığı ərazidə biznes inkişaf etsin, o zaman turizm şirkəti də ona kömək edəcək. Amma bizdə proseslər əksinə olduğu üçün istirahət mərkəzləri, turizm şirkətləri qiymətləri qaldırırlar. Bu prosesdə vətəndaş haqlı olaraq etiraz edir və narazılığını bildirir”.

Ekspertin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının turizm obyektlərinə qanunsuz müdaxiləsi və tələbləri aradan qaldırılsa, istirahət mərkəzləri əlavə gəlir əldə edə və müştərilərə münasib qiymətlər təqdim edə bilər.

“Harada rüşvət mexanizmi varsa, bu inkişafa maneə olur. Tez-tez səsləndirilir ki, icra hakimiyyəti sistemi dəyişdirilsin. Gələcəkdə müəyyən icra orqanlarında islahatlar aparılarsa, turizmin də inkişafında müsbət mənada dəyişikliklər olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin