BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9588
  • RUB
    2.1656
  • TRY
    0.0429
  • GBP
    2.2867
69851

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən biridir. İqtisadiyyatın ən perspektivli və dinamik inkişaf edən sahəsi olmaqla yanaşı, ölkələrin tanınması istiqamətində də mühüm rol oynayır. 

Azərbaycan da təbii sərvətlərin müxtəlifliyi və mədəni-tarixi irs obyektlərinin olması baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək üçün unikal imkanlara malikdir. Zəngin tarixə və infrastrukturun yüksək inkişaf tempinə malik ölkələrə isə əcnəbilərin marağı həmişə böyük olur. Son illər ölkəmizə gələn turistlərin sayının artması da bizim coğrafiyaya marağı əks etdirir. 

Təbii ki, bir çox ölkələrin biznes elitaları və əlaqədar qurumları turist axınının artırılmasında son dərəcə maraqlıdır və müxtəlif yollarla turistləri cəlb etməyə çalışırlar. Gəlmə və getmə turizmində statistikanın tez-tez dəyişməsi də turizm sektorunda bu istiqamətdə rəqabəti nümayiş etdirir.  

Millət vəkili Vüqar Bayramovun bu ilin ilk rübündə ölkəmizə gəlmə turizmində azalmanın qeydə alınması barədə fikirləri isə mövzu ilə bağlı müəyyən suallar doğurur: ölkəyə gələn turistlərin sayı azalıbmı? Əgər reallıq budursa, səbəb nədir? İqtisadçı deputat fikirlərini əsaslandıraraq ölkəmizə gələn turistlərin sayında əsasən 3 əsas istiqamət üzrə azalmanın qeydə alındığını bildirib: 

"Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub”. Millət vəkili ölkəmizə gələnlərin əsasən Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Qazaxıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Özbəkistan, Çin, Türkmənistan, Ukrayna, İsrail, Küveyt, Belarus və digər ölkələrin vətəndaşları olduğunu qeyd edib: "Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb”.

V.Bayramovun açıqlaması turizm sahəsində çalışan mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb, eyni zamanda "azalma, yoxsa artım?” kimi ziddiyyətli sual ortaya çıxarıb. Bəzi turizmçilər  gəlmə turizmində azalmanın olduğunu etiraf etsələr də, millət vəkilinin acıladığı statistikanı tamamilə təsdiqləmirlər. Əksinə, bir sıra ölkələrdən gələn turistlərin sayında artımın olduğunu da qeyd edirlər. 

Turizm üzrə ekspert Əziz Şiriyev hesab edir ki, ümumiyyətlə, yanvar-fevral və mart aylarında Azərbaycana turist axını həmişə az olur: 

"Bir neçə il əvvəl mart ayında cənubi azərbaycanlıların gəlməsi ilə bağlı canlanma olurdu. Təxminən 10-15 min azərbaycanlı gəlirdi. Bu, turizmin mart ayından başlamasına səbəb olurdu və statistika dəyişirdi. İndi  İrandan ölkəmizə turist az gəlir. Bununla belə, aprel ayından - havalar qızdıqca Bakıda xeyli sayda turist görə bilərsiniz. Bu da mövsümlə əlaqədardır. Hava şəraitinin yaxşı olması hər zaman turizmə təsir edən məqamlardandır”.

Gəlmə turizmi ilə bağlı rüblük statistikanın Dövlət Miqrasiya Xidmətindən hələ daxil olmadığını bildirən turizmçi Əfsun Əhmədovun sözlərinə görə, keçən illə müqayisədə bu ilin yanvar ayında gəlmə turizmində artım müşahidə olunub: 

"Məsələn, keçən il gələn 165.868 nəfər idisə, bu il 172.653 nəfər olub”. Turizmçi Rusiya turistlərinin azalmasını təkcə Azərbaycan üzrə deyil, bütün dünya üzrə olduğunu qeyd edir: "Bunun müxtəlif səbəbi ola bilər. Müharibə də rol oynaya bilər, təyyarə biletlərinin bahalığı da, ölkələrinin iqtisadi vəziyyəti də...”. Ə.Əhmədov Türkiyə və İrandan gələn turistlərin sayında müəyyən azalma olduğunu bildirsə də, əksinə, Hindistan, Qazaxıstan, BƏƏ, Asiya ölkələrindən gələn turistlərin sayında artım olduğunu deyir: "Hətta yanvar ayında İsraildən gələn turistlər də artıb. Onlar əvvəllər ölkəmizə o qədər də gəlmirdilər. Ona görə də birmənalı şəkildə gəlmə turizmində azalmanın olduğunu demək olmaz”.

"Rüblük göstəriciyə görə azalma ola bilər, amma yenə də gəlmə turizmində turistlərin sayı az deyil. Ölkəyə kifayət qədər turist daxil olur”, - deyə gəlmə turizm üzrə menecer Vasif Yadigarov bildirir: 

"Son üç ayda Türkiyədən gələn turistlərin sayı rekord həddə çatıb. Mən bu ay demək olar ki, Türkiyədən gələn turistlərlə çalışmışam. Aprel ayından etibarən Hindistandan böyük qruplarla gəlirlər. Onlar ölkənin ayrı-ayrı bölgələrinə də səyahət edirlər”. Turizmçi hesab edir ki, ümumən azalma dünyanın ayrı-ayrı bölgələrində baş verən münaqişələrlə əlaqədar ola bilər: "Bəzi hallarda gələn turistlər, əsasən də Türkiyə və Hindistandan gələnlər ölkədə nəyisə bəyənmir və yenidən gəlmirlər”. V.Yadigarov hesab edir ki, bəzən internetdə, müxtəlif platformalarda yayılan mənfi məzmunlu videolar da gəlmə turizminə mane ola bilər: "YouTube” kanalında mənfi istiqamətdə, xüsusən Bakı ilə bağlı çəkilən videoları bloklamaq lazımdır. Çünki istənilən qonaq gəlməmişdən əvvəl internetdə araşdırır, ölkə haqqında məlumatlar əldə edir və sonra gəlir”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

Bu ölkədən 2 manat 55 qəpiyə donuz əti almışıq

Regionda alovlanan münaqişələr - Azərbaycanda evlər bahalaşacaq?

Azərbaycanda pensiya təminatında yenilik

Bu məhsulun istehsalı azalıb

Bu məhsulun istehsalı azalıb

Azərbaycanda universitet məzunlarının sayı artıb

80 ildən sonra torpaq altından çıxdı: Yüz milyonlarla dəyəri var

"Bitcoin" kəskin dəyər itirir - 99 min dollar oldu

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin