BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
22558

"Quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu ilin ilk 5 ayında Azərbaycana gələn tursitlərin sayı 2.2 dəfə artaraq 468 minə çatıb:

"Gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya Federasiyası, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olublar. Göründüyü kimi, Azərbaycana ən çox qardaş Türkiyədən gəlir. Statistik məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb. Bir sıra ölkələrdən gələnlərin sayının kəskin artması pandemiya səbəbindən ötən il həmin dövlətlərdən Azərbaycanda səfər edənlərin sayının kəskin azalmasl ilə bağlıdır”. 

Vüqar Bayramov deyir ki, körfəz ölkələrdən ötən il Azərbaycana gələnlərin sayı kəskin azalıb:

"2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub. Artıq yeni turizm mövsümü başlayıb. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır”.
 
Deputat hesab edir ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur:

"Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 5 ayında da Azərbaycana gələn tursitlərin 68.9  faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin