BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
21840

G7 ölkələri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 ölkə) Ukrayna-Rusiya müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkərək Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxıl ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyndəki (Schleswig Holstein) əyalətindəki Vanqels (Wangels) şəhərində 3 günlük görüşdən sonra yaydığı birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar vurğulanıb.

Bəyanatda G7 xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qətiyyətlə pislənilib. G7-nin Rusiyanın iqtisadi və siyasi təcridini artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək fikri xatırladılıb.

Birgə bəyanat yazılır: "Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkət etməyə davam edərək Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha bildiririk.

Müharibə yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhranlar hal-hazırda yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 40 milyon taxılın ixracat üçün yolları təcili açılmalıdır.

Böyük yeddilik olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabı sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik”.

Eyni zamanda, G-7 ölkələri Çini Ukraynanın müstəqilliyini dəstəkləməyə və Rusiyanın Ukraynaya hücumlarında beynəlxalq sanksiyaları zəiflətməkdə Rusiyaya kömək etməməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin