Aqrar
11.05.2022 / 13:36
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək
21745
Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Valyuta.az xəbər verir ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2357767) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay