BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
21689

Son günlər Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə ölkəmizə təşrif buyuran qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Pandemiyadan əvvəlki dövrdə olduğu kimi, Bakının mərkəzi küçələrində yenidən ərəb turistlərə rast gəlmək mümkündür. 

Bu il ölkəmizə nə qədər xarici turistin gəlməsi gözlənilir?  

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Ceyhun Aşurov bildirib ki, karantin qaydalarının yumşaldılmasından sonra turizm sektorunda canlanma yaranıb. 

“Karantin qaydalarının yumşaldılması iqtisadiyyatın inkişafına və turizmin yenidən canlanmasına təkan verir. Artıq yeni qaydalar insanların səyahət edə bilməsi üçün imkanlar yaradıb. Turistlər həm ölkə daxili, həm də ölkə xaricinə gedə bilirlər. Bunun üçün ölkəyə gəliş zamanı PCR testinin ləğv olunması düzgün qərardır. May ayının 1-dən tibbi maskadan istifadə tələbi də aradan qaldırıldı. Bütün bunlar müsbət haldır. Baxmayaraq ki, quru sərhədləri açılmayıb, amma ölkəyə giriş-çıxış üçün uçuş marşrutlarının sayında artım var”, - ekspert deyib.

Ekspertin sözlərinə görə, Ramazan bayramından sonra ərəb ölkələrindən, eləcə də digər İslam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur:

“Biz turizmçi olaraq turistlərin hansı ölkələrdən olmasına fərq qoymuruq. Ölkəmizə gələn hər turist müəyyən istehlak tələbi yaradır, aldığı xidmətlərin qarşılığında pul xərcləyir. Təsadüfi deyil ki, turizm Azərbaycanda neft sektorundan sonra ikinci ən çox xarici valyuta gətirən sahələrdən biridir. Təbii ki, ölkəmizə son zamanlar Qazaxıstandan, nisbətən Özbəkistandan, Türkiyədən gəlişdə aktivlik müşahidə olunur. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandan gələnlərin sayı da artıb. Ümumiyyətlə, nəinki ərəb turistlərin, digər ölkələrdən olan qonaqların gəlişi turizmin dirçəldilməsi üçün önəmlidir.”

Ekspert bu il turizm sektorunda aktivlik olacağını hesab edir:

“Keçən illə müqayisədə düşünürük ki, bu il turizmin bərpası müşahidə olunacaq və daha çox aktivlik yaranacaq. Hələ də müəyyən məhdudiyyətlər qalsa da, gözləntilər müsbətdir. Növbəti ildən daha çox turistin səyahət edəcəyini düşünürük. Eyni zamanda yerdə qalan məhdudiyyətlərin də ləğv olunacağına ümid edirik. Təbii ki, geosiyasi gərginliklər turizmdə müəyyən çətinliklər yaradır. Ancaq insanların səyahət etmək istəyini də nəzərə almalıyıq”.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İrandan, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin