BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
21687

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Rusiyalı iş adamları və digər rəsmi şəxslər daxil olmaqla 40 nəfər Kanadanın “qara siyahı”sına salınıb.

Sanksiya tətbiq olunanlar arasında “Lukoyl” şirkətinin keçmiş rəhbəri, Azərbaycan əsilli Rusiya vətəndaşı Vahid Ələkbərovun da adı yer alıb.

Bundan əlavə, “Sberbank”ın idarə heyətinin sədr müavini Olqa Qolodets, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov, general Şarip Delimxanov, Dövlət Dumasının deputatı Adam Delimxanov da sanksiyalara məruz qalıb.

Qeyd edək ki, bir müddət əvvəl milyarder Vahid Ələkbərov “Lukoyl” şirkətinin Direktorlar Şurasından və şirkətin rəhbəri vəzifəsindən ayrılıb. Onun yerinə 20 ildən artıq "Lukoyl"da çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

Vahid Ələkbərov şirkətdə 29 il işləyib. O, 1993-cü ildə “Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib.

Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən iş adamı Vahid Ələkbərov olub. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır. Azərbaycan əsilli iş adamı müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.//Modern.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin