BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
21619

"Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır”.

 Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin müzakirə edəcək. Onun sözlərinə görə, gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır:

"Bu məsələdə ümumi razılıq olmasa da, bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq, Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görsənir. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydindır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyası paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin daha çox təhlükəsizlik aspektindən yanaşırlar”.

Deputat bildirib ki, neft embarqosu reallaşarsa, bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq:

"Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”.

Vüqar Bayramov hesab edir ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər:

"Hazırda daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq. Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil”.

Deputatın fikirincə, qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir:

"Moskva isə hələlik sanskiyalar ilə "yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin