Energetika
22.04.2022 / 10:25
Azərbaycan neftinin qiyməti 110 dolları ötdü
21447
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Valyuta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 0,78% artaraq, 110,79 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 108,33 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay