Sığorta
11.04.2022 / 12:16
Oqtay Şirəliyevin oğluna vəzifə verildi
21173
“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.
APA-nın əldə etdiyi məlumata görə, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.
Murad Şirəliyev "APA-Economics”ə açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.
O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay