
30.04.2025 / 11:17
Azərbaycanlılar həyatını daha çox sığortaladır - Yığımda 22 milyon manatlıq artım
69568
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası üzrə 178 milyon 120 min manat sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 milyon 800 min manat və ya 14,7% çoxdur.
Qeyd edək ki, ötən ilin hesabat dövründə həyat sığortası üzrə 155 milyon 320 min manat sığorta haqqı toplanıb.
Bu ilin hesabat dövründə həyat sığortası üzrə 108 milyon 495 min manat ödənişlər edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon 78 min manat və ya 12,5% çoxdur.
2024-cü ilin yanvar-mart aylarında həyat sığortası üzrə ödənişlərin həcmi 96 milyon 417 min manat olub.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay