BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
20822

"2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib. Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3,0 dəfə artaraq 184,2 minə çatıb".

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Son günlər koronavirusa yoluxma hallarının kəskin azaldığını xatırladan deputat, bunun sevindirici hal olduğunu söyləyib. Onun fikrincə, hazırkı durumda quru sərhədlərinin açılması məsələsinə baxmaq olar:

"Sevindirici haldır ki, son günlər virusa yoluxanların sayı kəskin azalıb. Dünən cəmi 21 yeni yoxulma qeydə alınıb. Aktiv xəstələrin sayı cəmi 538 nəfərdir. Etiraf etmək lazımdır ki, ölkəmizdə intensiv peyvəndləşmə COVID-19 virusunun lokallaşdırılmasında xüsusi rol oynadı. Digər ölkələrin də təcrübəsi göstərir ki, uğurlu vaksinasiya aparan dövlətlərdə yoxulma sayını optimallaşdırmaq mümkün olub. Azərbaycanda vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 382 mindən çoxdur.

Artıq əksər aparıcı ölkələr, hətta COVID-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zelandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar. Azərbaycanda yoluxma sayının azalması kontekstində mövcud əlverişli vəziyyəti və qlobal yumşalmanı nəzərə alsaq mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması və ölkəyə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması məqəsədəuyğndur. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər".

V.Bayramov vurğulayıb ki, artıq yeni turizm mövsümü başlamaqdadır: 

"Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin