BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
20236

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il Azərbaycanda 17 191 boşanma halı qeydə alınıb. Bu, əvvəlki ilə nisbətən 17,5% çoxdur.

Ailə Məcəlləsinə görə, nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nigah pozulduqda tərəflərdən birinin ərizəsi ilə ümumi əmlak bölünür. Məsələn, kişi və yaxud qadın nigah müddətində özlərinə mənzil alıblarsa, bu mənzil onlardan hansının adına olması nəzərə alınmadan bölünür.

Bununla belə, müasir dövrdə əmlaklar, xüsusilə də mənzillər təkcə nağd ödənişlə əldə olunmur, həm də ipoteka kreditləşməsi yolu ilə alınır. Bəs boşanma zamanı ipotekada olan əmlak necə bölünür? "Report" bu məsələyə aydınlıq gətirmək üçün hüquqşünas Əkrəm Həsənovla həmsöhbət olub.

Ekspert deyir ki, ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir: "Tutaq ki, mənzil kişinin mülkiyyətindədir, 25 illik ipoteka krediti ilə alınıb və bunun 5 illik hissəsi evlilik müddətində ödənilib. Bu zaman yerdə qalan 20 ilin borcunu hər iki tərəf bərabər şəkildə ödəməlidir. Amma qadın bu borcu ödəməkdən imtina edərsə, kişi həmin 5 il ərzində ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin 50 %-ni qadına qaytarmalıdır. Çünki mənzil onların evli olduğu vaxtda alınıbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Bundan sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməli və yekunda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Tutalım, bu 5 il ərzində ödənilən məbləğin qadına çatacaq olan 50 %-i mənzilin qiymətinin onda bir hissəsidir. Bu zaman məhkəmə evin onda bir hissəsini qadına verə bilər. Eyni zamanda onlar məhkəmə yolu mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir".

Onun sözlərinə görə, hər iki tərəf qalıq borcu ödəməkdən imtina edərsə, bank ipotekaya xitam verərək mənzili satışa çıxara bilər: "Satışdan əldə edilən məbləğlə bankın borcu bağlanacaq, bundan sonra qalıq vəsait olarsa, həmin vəsait ər və arvad arasında yarı bölünəcək. Adi halda da ipoteka yolu ilə satılan mənzillər üzrə bankın krediti qaytarılmırsa, bank vətəndaşı məhkəməyə verir, məhkəmə yolu ilə mənzil hərraca çıxarılır. Mənzil satıldıqdan və bankın borcu bağlandıqdan sonra heç bir vəsait qalmırsa, bu o deməkdir ki, evin qiyməti əvvəlki kimi deyil. Hətta nəzəri baxımdan ola bilər ki, mənzil daha aşağ qiymətlə satılar, bankın borcu tam bağlanmaz. Bu zaman qalan borcu tərəflər yarıbayarı ödəməlidir. Onlar bunu ödəməkdən imtina edə bilməzlər”.

“Boşanmaq üzrə olan cütlüyün övladı varsa, boşanma prosesində və yaxud boşanmadan sonra uşağın valideynlərdən hansı ilə qalmasının əmlak bölgüsünə təsiri yoxdur”, - deyə Ə.Həsənov fikrini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin