Sosial
25.02.2022 / 11:53
Vətən müharibəsinin 2 708 iştirakçısına əlillik təyin edilib
20149
“İndiyədək Vətən müharibəsinin 2 708 iştirakçısına əlillik təyin edilib”.
“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, həmin şəxslər daim diqqət mərkəzindədir: “Qazilərdən bu günə qədər 263 nəfəri yüksək texnologiyalı protezlə təmin edilib. Onlardan 188 nəfəri II Qarabağ qazisi, 75 nəfəri isə əvvəlki dövlərdə ətraf nahiyələrini itirən qazilərdir. Proses bu gün də davam edir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay