BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
20095

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit qoyuluşundakı payı 3%-ə çatmır.

Məsələn, bu il yanvarın 1-nə Azərbaycanda kredit qoyuluşu 17,12 milyard manat təşkil edib ki, bunun da 97,3%-ni banklar, 2,7%-ni isə BOKT-lar həyata keçirib.

Bununla belə, müşahidələr göstərir ki, bankların kreditləşmə sahəsində fəaliyyəti heç də ölkənin bütün yaşayış məntəqələrini əhatə etmir. Onlar daha çox paytaxt Bakıda, eləcə də digər iri şəhərlərdə və rayon mərkəzlərində fəaldırlar. Ucqar kənd və qəsəbələrdə yaşayanlar isə kredit üçün BOKT-lara üz tutur. Baxmayaraq ki, mikromaliyyə qurumları banklarla müqayisədə kreditləri az qala 2 dəfə baha təklif edir.

Məsələn, banklardan illik 13-25%-lə borc almaq mümkündürsə, BOKT-larda illik faiz dərəcəsi 20-30% arasında dəyişir. Amma onlar da kredit məhsullarına müştəri tapa bilirlər. Bəs BOKT-lar banklarla necə rəqabət aparır? "Report" bu suala cavab tapmağa çalışıb.

"BOKT-ların riskə getmək imkanları banklarla müqayisədə genişdir"

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-ların banklara rəqabətə dözməsi əsasən onların maliyyə mənbələri ilə bağlıdır: "Bankların maliyyə resursları əsasən dövlət qurumlarından və əhalidən cəlb etdikləri vəsaitlər hesabına formalaşır. BOKT-ların isə maliyyə mənbələri səhmdarlara, xarici investorlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bağlıdır. Odur ki, BOKT-ların kredit verən zaman riskə getmək imkanları banklarla müqayisədə geniş olur. Çünki onlar dövlətin və əhalinin pulu ilə risk etmirlər.

BOKT-a pul yatıran səhmdar və yaxud investorlar əvvəlcədən riskini qiymətləndirir, nə qədər qazana və yaxud itirə biləcəyini müəyyənləşdirirlər. Adətən 3 ildən az fəaliyyət göstərən BOKT-a xarici investor vəsait yatırmır. Amma 3 il tamam olandan sonra xarici investor BOKT-un öz səhmdarlarının vəsaitini düzgün istifadə etdiyini görürsə, ona yatırım edir və həmin yatırımı proporsional şəkildə, tranşlarla artırmağa başlayır. Buna görə də BOKT-lar riskə gedə bilirlər. Azərbaycanda mikromaliyyə təşkilatları 20 ildir ki, fəaliyyət göstərir. Bu, 20 ildə təşkilat artıq 15 investorla işləyibsə və onların hamısı ilə əməkdaşlıq davam edirsə, bu, səhmdar və yaxud investor üçün bir mesajdır ki, bu təşkilatın fəaliyyətini genişləndirməsinə vəsait ayırsın”.

"BOKT-lar banklar üçün müştəri yetişdirir"

Azərbaycanda BOKT-ları maliyyə bazarında saxlayan həm də onların kredit tarixçəsi olmayan şəxslərə borc verməsi, girov təminatı olmadan iri məbləğdə kredit ayırmalarıdır. J.Hacıyeva bunu BOKT-ların banklar üçün müştəri yetişdirməsi kimi qiymətləndirir: "BOKT-lar sahibkarlıq fəaliyyətinə yeni başlayanlar kredit verir. Bu gün bankın riskli hesab etdiyi müştəri BOKT-un hesabına sabah onun üçün arzu olunan müştəriyə çevrilir. Çünki, artıq ortada kredit tarixçəsi olur.

BOKT-lar həm də müştərini tanımaqda banklardan peşəkardırlar. Onlar riskli kreditləşmə həyata keçirsə də, müştəri seçimləri əksər hallarda düzgün olur və borc qaytarılır, borcalan fəaliyyətini böyüdür. Həmin müştəri 5-6 ildən sonra artıq bank müştərisi olur.

Kəndlərdə biznes quranların aktivləri ilk dövrlərdə cəlbedici görünmür. Kənddə torpaq və yaxud ev satmaq da çətin məsələ olduğu üçün banklar həmin əmlakı girov kimi qəbul etmir. Adətən sahibkarlar deyir ki, bankdan kredit götürə bilmirəm, çünki giirov olaraq Bakıda əmlakım olmalıdır. BOKT olmasa bu sahibkar ya lombarda müraciət edəcək, ya da sələmçiyə. Bu cür borc isə onlara daha baha başa gələcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin