BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
20004

Son dövrlərdə imtiyaz yükünün işəgötürənlərin üzərinə qoyulması daha da genişlənib.

Bu yük artdıqca sahibkarların narazılıqları və kölgə iqtisadiyyatına meyli çoxalır. Hüquqşünas, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bütün bu problemlərin hazırda mövcud olan əmək qanunvericiliyinin günün tələbinə uyğun olmaması ilə izah edib. Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən son 2 dəyişiklik də işəgötürənlərin ziyanına işləyə bilər:

“Dəyişikliklərdən biri ondan ibarətdir ki, Məcəllənin 130-cu maddəsində dəyişiklik edildin. Həmin müddəaya əsasən, qadın uşaq dünyaya gətirərkən onun həyat yoldaşı 14 günə qədər ödənişsiz məzuniyyət götürə bilərdi. İndi həmin məzuniyyəti tam ödənişli etmək istəyirlər. Ödənişi isə yenə də işəgötürər etməlidir. Digər bir dəyişiklik Vətən müharibsi iştirakçılarına 46 gün ödənişli məzuniyyətin verilməsidir. Bu da xeyli şəxsi əhatə edir. Həmin təklif reallaşarsa, I Qarabağ müharibəsinin iştirakçıları da nəzərə alınmalıdır. Əks halda bu, diskriminasiya ola bilər. Beləliklə də yenə işəgötürənləri “yükləmək” tendensiyası artır”.

Buna qədər isə Əmək Məcəlləsinin tələbinə uyğun olaraq imtiyazlı şəxslərə şamil edilən bir çox ödənişlər də məhz işəgötürənlərin çiyninə qoyulub. Bu isə haqlı olaraq onların nazarılığına, işçilərin isə diskriminasiyasına səbəb olub. Hüquqşünas bu tendensiyanı Məcəllənin mahiyyətindəki geriliklə əlaqələndirib:

“Əmək Məcəlləsi 23 il əvvəl qəbul olunub. Həmin dövrdə hələ iqtisadi münasibətlərdə dövlət sektorunun payı çox yüksək idi. O zaman Məcəllədə müəyyən kateqoriyalardan olan şəxslər üçün imtiyazlar nəzərdə tutulmuşdu. Məsələn, əlilliyi olan şəxslərə əlillik dərəcəsindən asılı olmayaraq 42 gün ödənişli əmək məzuniyyətinin verilməlidir. Halbiki, adi halda bu 21 gündü. Qadınlar üçün xeyli imtiyazlar nəzərdə tutulub. O cümlədən, hamiləlik və doğuş dövründən əvvəl və sonra, körpə uşağa baxılması üçün və s. ödənişlər edilir. 15-18 yaşlı uşaqlar üçün qısaldılmış iş vaxtı nəzərtə tutulub, amma ödəniş digər işçilərdə olduğu kimi tam iş vaxtı üçün edilir. Müharibə veterenlarına, Azərbaycan xalqı qarşısında xidmətləri olan imtiyazlı şəxslərə də güzəştlər, 46 gün ödənişli məzuniyyət və s.verilir. Bütün bunlar işəgötürənin vəsaiti hesabına ödənilir. Sovet vaxtı vahid xalq təsərrüfatı kompleksi idi və bütün strukturlar dövlətin tabeşiliyində idi. Bu xərclər də dövlətin üzərində olurdu. Amma indi biznesin üzərində qalıb. Hazırda mövcud olan biznes strukturları həmin imtiyazları qarşılamaq iqtidarında deyil”.

Məhz bu səbəblərdən iş yerlərində gizli diskriminasiya baş verir və son illərdə xüsusilə, özəl sektorda geniş yayılıb. Məsələn, reproduktiv yaşda olan qadınları, əlilliyi olan şəxsləri, eyni zamanda xalq qarşısında xidmətləri olan şəxsləri müxtəlif bəhanələrlə işə götürmürlər. Çünki işəgötürən onlar üçün əlavə xərcləri qarşılamalıdı. Bundna yayınmaq üçün həmin kateqoriyalardan olan şəxsləri işə götürsələr də əmək müqaviləsi bağlamamağa çalışırlar.
S.Məmmədov qeyd edib ki, belə halların nəticəsi olaraq Azərbaycanın beynəlxalq reytinqlərdə, o cümlədən Əmək Azadlığı İndeksində geriləməsinə səbəb olub. Məsələn, 2009-2021-ci ildə həmin İndeksdə Azərbaycanin mövqeyi 21 bənd geriləyib və ən pis əmək şəraiti yaradılan ölkələr sırasına keçib.
Hüquqşünas əmək şəraitinin günün tələbinə uyğun olmamasının işəgötürənlərin kölgə iqtisadiyyatına meyli, əmək münasibətlərinin rəsmiləşdirməmək tendensiyasını artırdığını vurğulayıb:

“Dövlət Statistika Komitəsinin məlumatına əsaslansaq, əmək müqaviləsi ilə işləyənlər bütün məşğul əhalinin 1/3-i qədərdir. Qalan 60%-ə qədəri əmək müqaviləsi olmadan işləyir. Bu da dolayısı ilə dövlətə ziyan vurur, sosial ödəmələr yığılmır. İqtisadiyyatda əmək münasibətləri də qeyri-formal olaraq qalır. Ümumiyyətlə, Əmək Məcəlləsi post-kolxoz dövrünün münasibətlərini tənzimləyir. İndiki münasibətləri heç cür tənzimləyə bilmir. 100-dən artıq qanunla Məcəlləyə 330-a yaxın dəyişikliklər edilib. Bu dəyişikliklərin mətni ilkin Məcəllənin mətnindən daha çoxdur. Nəticədə ondan istifadə etmək tamam mümkünsüz hala düşüb. Ona görə də hərə öz bildiyi kimi istifadə edir. Özəl sektor ümumiyyətlə əmək qanunvericiliyini bir kənara atıb. Dövlət sektoru bacardığı qədər çalışır qanunlara əməl etsin. Ancaq əsas imtiyazların ödənişi sahibkarların üzərində olduqca kölgə iqtisadiyyatına meyllənmələri, işçilərə qarşı diskriminasiyalar artacaq”.

Vəziyyətdən çıxış yoluna gəlincə, S.Məmmədov bildirib ki, indiki halda verilən imtiyazlar üçün yükü dövlət öz üzərinə götürməlidir: “Məsələn, Xorvatiyada əlilliyi olan şəxlərlə bağlı xüsusi fond yaradılıb. Həmin fond əlilliyi olan şəxslərin bütün imtiyazlarını qarşılayır. Tutaq ki, şəxsin hasilat imkanı digər şəxslərə nisbətən 60%-dir. Bu zaman işəgötürənə ziyan dəyməsin deyə qalan 40%-in pulunu həmin Fond ödəyir. Belə təcrübələri ölkəmizdə də təbiq etmək olar. İşəgötürənin də üzərində müəyyən yük qala bilər. Ancaq indiki kimi ağır olmamalıdır”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin