Sosial
19.02.2022 / 15:02
XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlandı
19954
Xarici İşlər Nazirliyi (XİN) qurumda diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.
Valyuta.az-ın xəbərinə görə, bildirilib ki, 2022-ci il yanvarın 23-də XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.
"İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, - qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay