BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
19950

Naftalanda yeni Müalicə Sağlamlıq Mərkəzi açılıb.

Valyuta.Az-ın verdiyi xəbərə görə, təxminən 1 hektar sahəsi olan mərkəzin tikintisinə 2018-ci ildə başlanıb, görülən işlər nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Mərkəz 2 ədəd 6 mərtəbəli binadan, 114 otaqdan ibarətdir. Müasir standartlara cavab verən inventar avadanlıqlarla təchiz olunmuş otel kompleksində gündəlik 240 turist gecələyə biləcək. Həmçinin mərkəzi digərlərindən fərqləndirən xidmətlərdən biri də sualtı dartma müalicəvi hovuzunun mövcud olmasıdır ki, bu da buraya gələn xəstələrin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, deputat Müşfiq Cəfərov, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Dövlət Turizm Agentliyi Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, kompleksin direktoru Hatəm Qocayev, şəhər icra hakimiyyətinin məsul işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları kompleksdə yaradılmış şəraitlə və turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.

İcra başçısı otel rəhbərliyini və kollektivini təbrik edərək vurğulayıb ki, Prezident İlham Əliyevin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin ölkədəki iqtisadi–sosial sabitlik, paytaxt Bakı ilə yanaşı, regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb. Həmçinin bu gün dövlət başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Naftalan şəhəri gündən-günə daha da inkişaf edir, beynəlxalq turizm mərkəzinə çevrilib. Bu cür müasir Müalicə Mərkəzinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Son illər bölgələrdə müasir hotel və müalicə sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, əcnəbi turistlərin və yerli turistlərin sayının artmasına da böyük təkan verir.

Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, burada da işə götürülənlər arasında şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin