Aqrar
18.02.2022 / 13:36
Azad edilmiş ərazilərdə narçılığın bərpası planlaşdırılır
19911
Azərbaycanda bu gün 22,7 min hektar ərazidə nar əkilir, eləcə də 18 faiz sahədə intensiv bağlar salınıb.
Trend-in məlumatına görə, bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində narçılığı bərpa etmək planlaşdırılır.
"2021-ci ildə nar istehsalı 2016-cı illə müqayisədə 22 faiz artaraq 185 min tona çatıb. Bu müddət ərzində biz 25 min dollar məbləğində nar ixrac etmişik. Gələcəkdə nar ixracını məbləğ baxımından artırmaq planlaşdırılır", - deyə o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay