BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
19868

Bu gün Bakıda “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvinninq layihəsi çərçivəsində “Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması” mövzusunda seminar keçirilib. Seminarın məqsədi ölkədə aqroturizmin inkişaf potensialı, bu istiqamətdə gələcəkdə icrası nəzərdə tutulan işlər barədə birgə fikir mübadiləsi aparmaqdır.

Valyuta.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malik olan sahələrdən sayılır. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində aqrar sahə dinamik inkişaf edir.

Kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət sahələrinin deyil, turizmin də inkişafına təkan verir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir neçə ildir həyata keçirilən “Şəhərdən kəndə” aqroturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib. Hazırda Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroturizm obyektləri fəaliyyət göstərir. Qeyd olunub ki, aqroturizmin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək.

Aqroturizm həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroturizmin daha da canlanmasına öz töhfələrini verirlər.  

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko kənd təsərrüfatını Azərbycan iqtisadiyyatının inkişafının əsas sahələrindən biri adlandırıb. O, Avropa İttifaqının Azərbaycanda aqroturizmin inkişafı istiqamətində davamlı dəstək göstəriləcəyini vurğulayıb. Peter Mixalko turizmin bu sahəsinin inkişafının təsərrüfatların gəlirlərinin şaxələndirilməsinə, aqroturizm xidmətlərinin təkmilləşdirilməsinə gətirib çıxaracağına əmin olduğunu deyib.  

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, ölkəmizdə aqroturizm geniş potensiala malikdir. Qarabağa böyük qayıdış, "Ağıllı kənd" layihələri və “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək. Turizm sektoru post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet sahələrindən biri kimi müəyyən edilib. KOBİA turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində tədbirlər görür.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov vurğulayıb ki,  ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür. O çıxışında kənd yerləri və aqroturizmin inkişafının hazırda prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sıdri Seymur Mövlayev bildirib ki, aqrotueizmin inkişaf etdirilməsi üçün bu sahədə dünya təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Dünyada fərqli aqroturizm modelləri mövcuddur. Seminar çərçivəsində təşkil olunacaq panellərdə beynəlxalq ekspertlər iştirakçılara Avropa İttifaqında tətbiq olunan maqroturizm modelləri barədə ətraflı məlumat verəcəklər. 

Seminar öz işini panel sessiyalarla davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Əhalinin banklardakı əmanətləri artıb

İstehlak bazarında dövriyyə 18,5 milyard manata çatdı

ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb

Əhalinin nominal gəlirləri 20 milyardı keçdi - Rəsmi

“Aqrarkredit”də Məmməd Musayevi əvəzləyəcək şəxs açıqlandı

“Aqrarkredit”in İdarə Heyətinin tərkibi dəyişdirildi - Sahil Babayevdən QƏRAR

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Palata sədri: Bəzi hallarda dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır

Orta aylıq əmək haqqı artaraq 1043 manat oldu

Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

I sinfə qəbul prosesinə yenilik tətbiq edildi

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Leysan yağacaq, şimşək çaxacaq

Mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Şirkətlər 3 mln. manatdan çox vəsaiti "Bank Avrasiya"dan geri çəkiblər

DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar

Ölkədə iş axtaranların sayı artıb

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqladı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin