BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
19843

Anar Məmmədov ABŞ-da yaşayan və işləyən həmyerlimizdir. Çətinliklərdən qorxmayaraq Azərbaycanda orta yaşayış tərzini buraxıb Kaliforniyaya köçüb. Onun əsas məqsədi sonradan həyatının işinə çevriləcək biznesini reallaşdırmaq idi.

O, Media.Az-a müsahibəsində biznesindən, Amerikadakı həyatından, Vətənə sevgisindən danışıb:

- Altıncı ildir ki, ABŞ-dayam. Tələbəlik illərindən bu “fürsətlər ölkəsi” deyilən yerdə bəxtimi sınamaq istəyirdim.

Mən, necə deyərlər, özümü sınamaq, həyatımda yeni mərhələyə başlamaq istəyirdim... Və risk etdim. ABŞ-da yaşayan dostlarımla məsləhətləşdikdən sonra getməyə qərar verdim.

Əvvəlcə “torpağı duymağa” və burada hansı istiqamətdə hərəkət etməyi düşündüm: müxtəlif təlimlərdə iştirak etdim, görüşlərə getdim, təqdimatlar keçirdim... Buradakı ab-hava və insanların asanlıqla təcrübələrini və layihələrini paylaşmaları, fikirləri haqqında açıq danışmaları xoşuma gəldi...

Başımda planlar və ideyalar var idi. Birbaşa deyim ki, istər ABŞ, istərsə də Avropa olsun, istənilən ölkəyə, kor-koranə, heç bir konkret ideya və ya plan olmadan getmək, kiminsə köməyinə ümid etmək düzgün deyil. Bəli, ilkin mərhələdə dostlar və tanışlar sizə kömək edə bilər, lakin bu, yalnız müəyyən bir müddət olur. Aydındır ki, bu gün hamı üçün çətindir, hamı “suyun üzündə qalmağa çalışır”.

- ABŞ-a gedəndə beyninizdə hansı fikir yarandı?
- ABŞ-a gəlməmişdən əvvəl innovativ biznes qurmaq fikrim var idi. Bunun üçün ən əlverişli mühit Silikon Vadisi idi. 2017-ci ildə dostlarımla birlikdə “Senpex” logistika startap layihəsini, başqa sözlə, fərdi və fiziki şəxslər üçün xüsusi logistik proqram təminatı əsasında təcili çatdırılmaların sifarişi üçün platforma yaratdıq. İndi biz ölkənin yeddi ştatında fəaliyyət göstəririk və “Senpex” platforması (www.senpex.com) vasitəsilə aylıq 15 000-20 000-dən çox çatdırılma həyata keçirilir. Bu layihə sayəsində 5000-dən çox ABŞ vətəndaşı, o cümlədən soydaşlarımız qazanc əldə etmək imkanı qazanıb. Bilirsiniz, mən kiçik komandamıza bütün bu illər ərzində apardığımız ümumi iş, qarşılıqlı anlaşma və dəstəyə görə minnətdaram. Təbii ki, bu arxayınlaşmağa əsas vermir - öz üzərimizdə daha da çox çalışmalı, bacarıq və təcrübəmizi təkmilləşdirməliyik.

- Əgər keçmişə qayıtsanız, ABŞ-a gələndə sizi ən çox nə heyrətləndirdi?
- Hazırda yaşadığım Kaliforniyanın çox gözəl isti iqlimi var. Təbiətin gözəlliyi məni xoş təəccübləndirdi, demək olar ki, elə təkcə okean adamı valeh edir. Bundan əlavə, sahil boyu infrastruktur çox yaxşı inkişaf edib, ona görə də uzaq məsafəyə baxmayaraq, istənilən yerə getmək çox rahatdır. Ancaq ən əsası, bu, çox sayda miqrantın, əsasən Asiyadan və ondan kənarda İT sənayesinin mütəxəssislərinin gəldiyi bir ştatdır. Bazarda bu sənayenin mütəxəssisləri arasında böyük rəqabət var.

- Heç mənfi tərəfləri yoxdur?
- Təbii ki, çatışmazlıqlar da var, xüsusən yaşayış sahəsinin baha olması, bir sıra xidmətlərin, vergilərin yüksək olması.

- Kaliforniyada böyük erməni diasporunun olduğunu nəzərə alsaq, ermənilərin azərbaycanlılara münasibəti barədə sual verməyə bilmərəm...
- Bəli, burada böyük erməni diasporunun olduğunu eşitmişəm, 44 günlük Qarabağ müharibəsi zamanı xüsusilə Los-Ancelesdə fəallıq nümayiş etdiriblər, sosial şəbəkələrdə yayılan video və fotolara əsasən toqquşmalar olub. Amma mən şəxsən o vaxt Los-Ancelesdə olmamışam.

Biz təbii ki, Qarabağ müharibəsi zamanı soydaşlarımız üçün çox narahat idik, xəbərləri izləyirdik... Yaşayış yerindən asılı olmayaraq, yəqin ki, bütün azərbaycanlılar üçün bu ən çətin anlardan biri idi.

- Köçmənizə qayıdaq, belə başa düşdüyüm ki, ABŞ-da həyata alışmaq sizin üçün çətin olmadı...
- Deməzdim. Özümü öz qaydaları, qanunları, adətləri olan tamamilə fərqli bir mühitə düşdüm. Uyğunlaşma prosesi qaçılmaz idi. Adətən deyirlər ki, yeni ölkəyə gələndə “mədəniyyət şoku” yaşamamaq mümkün deyil. Və bu doğrudur. Başlanğıcda hər şey fərqli görünür. “Turist” mərhələsini keçdikdən sonra itki hissi yaranır, kifayət qədər dostlarınız, qohumlarınız, oturuşmuş mühitiniz olmur. Bəzən özünü tənha hiss edirsən, darıxırsan... Və hesab edirəm ki, gələnlərin hamısı üçün bu, təbii haldır. Məsələn, mən həmişə qarşıma məqsəd qoyduğum üçün bunların hamısını keçmişəm.

- Öz biznesini yaratmaq?
- Bəli, məhz ABŞ-da özünəməxsus bir şeyi həyata keçirmək. Eyni zamanda, deyə bilmərəm ki, vətənimdə həyatım pis olub: yaxşı təhsil almışdım, normal işim vardı... Amma komfort zonasında idim və böyük bir şey istəyirdim, həyatımı dəyişmək istəyirdim.

- Deyəsən sizdə alınıb...
- Bəli, baxmayaraq ki, xarici ölkədə öz biznesini yaratmaq çox çətindir. Mütləq inanacağınız aydın bir ideya olmalıdır. İcra prosesində buraya tam əzmkarlığı, hətta deyərdim ki, əlavə iştirakı da üstə gəlməlisiz. Bir sözlə, bu çox səbir, vaxt və səy tələb edən zəhmətli prosesdir. Layihənin əvvəlində çoxları məni fikrimdən daşındırmaq istıyirdi, xüsusən də mümkün riskləri nəzərə alaraq bu ideyadan əl çəkməyimi məsləhət görürdü, amma uğuruma inananlar da oldu. Əziyyət və çətinliklər çox idi, partnyorları dəyişməli oldum, məhz bu anlarda biznesi idarə etməyin nə qədər çətin olduğunu anlamağa başladım. Təsəvvür edin ki, investor tapmaq nə qədər çətindir. Yerli sakini tapmaq və ən əsası onu biznesinizə investisiya qoymağa inandırmaq lazımdır.

- Amma siz bunu bacardınız. Sizin kimi köçüb gələn və biznesini xaricdə reallaşdırmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
- Ən əsası, əlbəttə ki, çətinliklərdən qorxmamaqdır. Həmişə irəli gedin və uğursuzluqlar zamanı ruhdan düşməyin. Bunsuz mümkün deyil. Əlbəttə, kənardan gələn fikirləri də dinləmək olar, ancaq həmişə öz təcrübənizə əsaslanaraq, intuisiyanızı dinləyərək hərəkət etməlisiniz. Yeri gəlmişkən, gəlmək üçün “Greencard” qazanmaq şərt deyil, hər şeyə zəhmət və səbirlə nail olmaq olar.

- Bəs həyat yoldaşınız nə işlə məşğuldur?
- Bəli, yeri gəlmişkən, bir az sonra ailəmi ABŞ-a köçürdüm. O, ixtisasca jurnalistdir. Bakıda müxtəlif xəbər agentliklərində, sonra uzun illər Azərbaycanın ən böyük sığorta şirkətlərindən birində İctimaiyyətlə əlaqələr departamentində çalışıb. İki roman yazıb, onlardan biri nəşr olunub. Çoxlu müsbət rəylər aldıqdan sonra o, yazı bacarıqlarını təkmilləşdirmək və bu istiqamətdə fəaliyyətini davam etdirmək qərarına gəlib. O, həmişə deyir: “Mən yazıçı deyiləm. Sadəcə yazıram”. Onun ikinci romanı insan münasibətlərindən, dostluqdan, sevgidən bəhs edir... Onu təqdim etməyi planlaşdırır...

Vurğulamaq istəyirəm ki, ikimiz də vətənimiz üçün çox darıxırıq. Xüsusilə qohumlar və dostlar üçün. Ancaq məsafə bizə çox şeyi yenidən düşünmək, çox şeyə fərqli bucaqdan baxmaq və əvvəllər adi sayılan hər şeyi qiymətləndirmək imkanı verir. Məsələn, sevdiklərinizlə hər görüş qızıla bərabərdir. Doğma Bakımız üçün çox darıxırıq. Ümumiyyətlə, insan kim olursa olsun, harada olur-olsun, kökünü heç vaxt unutmamalıdır.

- Vətənə gələ bilirsiniz?
- İstədiyimiz qədər yox. Pandemiya vəziyyəti bir qədər çətinləşdirib... Dünya başqa cür olub. Amma ilk fürsətdə uçmağı və qohumları, dostları görməyi, oğlumuza vətənini xatırlatmağı planlaşdırırıq.

- Oğlunuz ingilisdilli mühitdə böyüyür...
- Bəli, amma biz müntəzəm olaraq Azərbaycandan danışırıq, dili öyrədirik. O hazırda altıncı sinifdə oxuyur. Məktəbdə təbii ki, dərslər ingilis dilində keçirilir, amma evdə həm Azərbaycan, həm də rus dilində danışırıq. Xüsusən də Bakıda doğulduğundan, biz ona tez-tez Azərbaycandan danışır, Azərbaycanın fotolarını göstəririk. O üçüncü sinifdə oxuyanda biz bura köçmüşük. Ona görə də o özü də vətəni xatırlayır, darıxır və hər zaman onun barəsində hərarətlə danışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mövlam Şıxəliyevin əmlakları hərraca çıxarıldı

"Volvo" tam avtopilotlu yük maşını təqdim etdi

"Sara Lizinq" gömrük qaydalarını pozub?

Niderland Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi qərarını dəstəkləyəcək

“Aznur” şirkəti AQTA-nı məhkəməyə verdi

Dəniz səviyyəsinin qalxması hansı təhlükələrə səbəb ola bilər?

"Əşrəfoğlu" cərimələnə bilər

Polşanın dövlət borcu rekord həddə çatdı

Böhran xarici oyunçuları Almaniyanın daşınmaz əmlak bazarını tərk etməyə məcbur edir

“Azəristiliktəchizat” icbari sığorta müqaviləsi bağlamayıb?

Azərbaycanda iki şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilir

"iPhone"un büdcə versiyasının təxmini qiyməti məlum oldu

"FİRST ACADEMY"yə protokol tərtib edildi

AK: "Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb"

Meriya ilə şirkət arasında icarə mübahisəsi

ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi

Bakıda “Təşəbbüslərin artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu” keçirilib

Nazirdən yeni təyinat (FOTO)

Nazirdən yeni təyinat (FOTO)

“Bakı Metropoliteni” 2 milyonluq təmirə başlayır

Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək

TƏBİB-dən məşhur iş adamının şirkətinə 14 minlik sifariş

Zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı fərman

Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

Ehtiyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın

Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər

Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda maaşlar 100 manata qədər artdı

Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin