BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
19695

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

Valyuta.az-ın xəbərinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.

İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli “Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.

Dövlətimizin başçısı yarımstansiyanı işə salıb.

Qeyd olunub ki, yenidən qurulan yarımstansiya “Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Aqrarkredit”in İdarə Heyətinin tərkibi dəyişdirildi - Sahil Babayevdən QƏRAR

Görünmək, gözə girmək, kölgədə qalmaq - Hansı yaxşıdır?

Palata sədri: Bəzi hallarda dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır

Orta aylıq əmək haqqı artaraq 1043 manat oldu

Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

Stomatoloqlar nə qədər vergi və sosial ödəniş etməlidirlər?

I sinfə qəbul prosesinə yenilik tətbiq edildi

Palata 155 milyon manat həcmində səmərəsiz xərclər müəyyən etdi

Leysan yağacaq, şimşək çaxacaq

Mənimsəmədə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Şirkətlər 3 mln. manatdan çox vəsaiti "Bank Avrasiya"dan geri çəkiblər

DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar

Ölkədə iş axtaranların sayı artıb

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

"Badamlı" şirkətinə yeni direktor təyin edildi

Rabitəbank 2025-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqladı

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi

Gürcüstan Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlib

Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı

ADY-də yüksək vəzifəyə TƏYİNAT

Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

Nikah və boşanmaların sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək®

Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilməlidir? - AÇIQLAMA

16 illik karyeradan sonra biznes qurdu, brendi dünyada gəzir - Nigarın uğur hekayəsi

Alman lüks avtomobil istehsalçısı iflasa uğrayıb

Ən çox silah idxal edən ölkələr

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin