BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
19375

"Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir".

Valyuta.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.

“2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kub metr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”, - V.Bayramov vurğulayıb.


Deputat əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək.

Qeyd edək ki, ötən gün Bakıda CQD MŞ çərçivəsində nazirlərin 8-ci toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna, Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirak edib. Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, İCGB, “Romgaz”, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələrinin də tədbirə qatılıb.

Ötən günkü iclasda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri də iştirak da edib. CQD MŞ çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalarda keçirilib. Tədbirin sonunda nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransı keçirilib. Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin