Aqrar
01.02.2022 / 16:07
Damazlıq heyvanların idxalına güzəşt verilməyəcək
19253
Bundan sonra Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana bütün damazlıq heyvanların idxalına güzəşt verməyəcək.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanda deyilir ki, ölkəyə idxal edilən damazlıq heyvanlar üzrə güzəştlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay