Sosial
29.01.2022 / 12:07
Yanvar ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb
19157
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənililib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Valyuta.az-a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.
Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay