BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
19018

Bu ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 168 mini ötüb.

Dövlət Statistika Komitəsindən Valyuta.Az-a bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (10 faiz), Qazax-Tovuz (7,5 faiz) və Mərkəzi Aran (6,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31,5 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 24 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,9 faizini təşkil edir. Sahibkar qadınların 30,5 faizi Bakıda, 10,1 faizi Lənkəran-Astara, 8,8 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən və Qazax-Tovuz (hər biri 25 faiz), Bakı (23,4 faiz), Naxçıvan Muxtar Respublikası (23,2 faiz) və Lənkəran-Astara (21,8 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin