BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
19017

Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatmaq üzrədir. 

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o deyib.

"Zəngilandakı "Ağıllı kənd" işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları "Ağıllı kənd" in layihəsində ilk gündən nəzərə alınıb", - deyə İ.Qədimova əlavə edib.

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd" də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış bina, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası olacaq.

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Füzulidə “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır. Birinci mərhələdə  kənddə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin