BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
18888

"Əslində sahibkarlıq fəaliyyətinin yoxlanılması xeyli müddətdir dayandırılıb və bu, Azərbaycan iqtisadiyyatında problem yaratmırsa, daha yaxşı olar ki, yoxlamaların ümumi fəlsəfəsi dəyişdirilsin”.

Valyuta.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”qanuna dəyişiklik edilməsilə bağlı layihədə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-cü ilin yanvarın 1-nə qədər uzadılmasının nəzərdə tutulmasına münasibət bildirərkən deyib.

"Kütləvi şəkildə yoxlamalara ehtiyac qalmır. Çünki getdikcə elektronlaşma həyata keçirilirsə, iş adamları ağ mühasibatlıqdan istifadə edirsə, deməli, yoxlamalarla bağlı yanaşmada da dəyişikliyə ehtiyac var. Yoxlamaların dayandırılması ciddi fəsad törətmirsə, deməli, onsuz da biznesi idarə etmək mümkündür. Yalnız hansısa müəssisə ilə bağlı şübhə yaranarsa, bu halda yoxlamalara getmək olar. Ona görə də Nazirlər Kabineti yoxlamalara münasibətin dəyişdirilməsilə bağlı Milli Məclis qarşısında məsələ qaldırmalıdır”- Natiq Cəfərli bildirib.

Həmsöhbətimiz düşünür ki, yoxlama funksiyası olan dövlət orqanlarının sayı da azaldılmalıdır:

"Biznesə kömək üçün addımlar atılmalıdır. Ona görə vaxtın uzadılması yaxşıdır. Bu müddətdə isə yoxlamalarla bağlı əsasnamə və qanunvericilik aktlarına da bəzi dəyişikliklər edilməlidir ki, bu, birdəfəlik qalıcı hala gəlsin. Yoxlamalar yalnız ən son, şübhə doğuracaq hallarda həyata keçirilməlidir”.  

Milli Məclisin deputatı Vüqar Bayramov isə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna edilən dəyişikliklərə aydınlıq gətirərkən deyib:

"Bütövlükdə, qanunvericilikdə mühim məqamlardan biri də yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq:

Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Bu müddət 2022-ci il yanvarın 1-də başa çatmışdı. Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin