BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
18785

Azərbaycanda təklif olunan kredit və ipoteka şərtləri ilə mənzil almaq əhalinin əksəriyyəti üçün əlçatan deyil.

Bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ölkədə əhalinin böyük hissəsi 500-600 manat civarında əməkhaqqı alır və onlar bu vəsaitlə mövcud şərtlər çərçivəsində mənzil almaq iqtidarında deyillər: 

"Hazırda paytaxtda və Azərbaycanın digər iri şəhərlərində mənzillərin qiyməti çox bahadır. Əhalinin böyük hissəsinin aldığı əməkhaqqı sadəcə kirayə haqqını ödəməyə yetir və pul yığıb nağd qiymətə mənzil ala bilmir. Həmçinin, təklif olunan kredit şərtləri də əksəriyyət üçün ağırdır. Bu gün mənzillərin bir qismi daxili kreditlə satılır. Lakin müddət qısa - 3-5 il olduğundan aylıq ödənişin miqdarı yüksək olur. Həmçinin, mənzilin dəyərinin 20-30 faizi də ilkin ödəniş kimi tələb olunur. Digər tərəfdən, yeni tikililərin bəzilərində uzunmüddətli kreditlə satılan mənzillər də var. Burada illik faiz dərəcələri minimum 10 faizdən başlayır. Belə olduğu halda da evin qiyməti ikiqat baha başa gəlir. Əhalinin əksəriyyətinin mənzil probleminin həlli üçün şərtlər sadələşdirilməli, faizlər aşağı salınmalıdır".

Ekspert bildirib ki, hazırda vətəndaşlar üçün ən əlçatanı sosial evlər və kirayə yolla satılan mənzilərdir. Lakin onların da sayı kifayət qədər deyil: 

"Sosial evlərdə bildiyiniz kimi illik faiz dərəcəsi 4 faizlə hesablanır və sahəsi aşağı olan mənzil götürdükdə pulunu ödəmək rahat olur. Həmçinin, "Dövlət İpoteka və Kredit Zəmanət Fondu"nun nəzdində mənzillərin kirayə yolu ilə satın alınması layihəsi çərçivəsində Bakının 4 yerində, həmçinin Sumqayıtda, Xırdalanda və Masazırda mənzilərin satışı aparılıb. Artıq 2020-ci ildən bu günə 1000-dən çox vətəndaş bu layihədən yaralanıb. Hesab edirəm ki, bu tip sosial layihələrin miqyası genişləndirilsə, daha çox vətəndaşın mənzil problemi həllini tapmış olar".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin Türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini təqaüdə göndərildi

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin