BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
18774

2010-2020-ci illər ərzində Azərbaycanda qiymətlər ümumilikdə 62,9 faiz artıb.

Rəsmi məlumatlara əsasən, on il ərzində ərzaq məhsulları 82,9 faiz, qeyri-ərzaq malları 54 faiz, pullu xidmətlər 37,7 faiz bahalaşıb. 

Faktların təhlili göstərir ki, onillik dövr ərzində bahalaşmanın güclənməsi ikinci beşillikdə baş verib. 2015-ci ilə qədərki birinci beşillikdə bahalaşma sürəti 22,3 faiz təşkil etməklə ikinci beşillikdən xeyli zəif olub. 

Birinci beşillikdə ərzaq məhsulları 26,4 faiz, qeyri-ərzaq malları 19,7 faiz, pullu xidmətlər 13,2 faiz bahalaşıb. 

İkinci beşillikdə vəziyyət köklü surətlə dəyişib. Devalvasiyanın baş verməsi mal və xidmətlərin manatla ifadədə dəyərinin kəskin artımını şərtləndirib. Buna görə də ikinci beşillikdə qiymətlər daha 39,7 faiz artıb, o cümlədən ərzaq malları 56,5 faiz, qeyri-ərzaq malları 34,3 faiz, pullu xidmətlər 24,5 faiz bahalaşıb. 

On il ərzində ərzaq məhsullarının daha çox bahalaşması müşahidə edilib. 

2010-cu ildə 100 manata olan ərzaq məhsullarını 2020-ci ilin sonunda 183 manata almaq mümkün olub. Onillik dövrdə ərzaq mallarında bahalaşma sürəti pullu xidmətlərdən 2,2 dəfə, qeyri-ərzaqdan 1,53 dəfə güclüdür. 

Ərzaq mallarının bu dərəcədə bahalaşması dünyada qida məhsullarının dəyərinin kəskin artması, eyni zamanda ölkə daxilində yeyinti məhsullarına olan tələbin zəifləməməsi ilə bağlıdır. Bir qayda olaraq əhalinin gəliri azaldıqda qeyri-ərzaq mallarına və pullu xidmətlərə tələb zəiflədiyi halda ərzaq məhsullarına olan tələb zəifləmir. Buna görə də hər il ərzaq mallarının qiymətində daha yüksək artım dinamikası qeydə alınır.

Mənbə: Sfrea.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin