BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
18598

Çinin ən böyük lityum-ion batareya istehsalçısı olan Contemporary Amperex Technology (CATL) şirkəti, Konqo Demokratik Respublikasındakı (DRC) dünyanın ən böyük lityum yataqlarından birinin 24%-lik hissəsini alır.

CATL, Avstraliyanın "AVZ Minerals" kəşfiyyat şirkətinə Cənub-Şərqi Konqoda Manono lityum layihəsi üçün 240 milyon dollar ödəməyi qəbul edib.

Bu sövdələşmə nəticəsində "AVZ Minerals" səhmlərin 51%-nə, Konqo dövlətinə məxsus "Cominiere" şirkəti 25%-nə, qalan hissəsinə isə  CATL şirkəti nəzarət edəcək.

Manono layihəsi 2023-cü ildə başlayacaq. Bu sahədə təsdiqlənmiş litium ehtiyatları təxminən 269 milyon ton, təxmin edilən ehtiyatlar isə 400 milyon tondur.

Məlumata görə, gələcəkdə bu layihəyə CATL-in ümumi sərmayə xərcləri  400 milyon dollara çata bilər.

2020-ci ildə CATL-in cəmi gəliri 2019-cu illə müqayisədə 9.9% artaraq 50.32 milyard yuan (təxminən 7.7 milyard dollar) təşkil edib. Şirkət tərəfindən 2020-ci ildə istehsal olunan litium-ion batareyalarının satışı illik müqayisədə 14,3% artıb.

CATL, bir neçə həftə əvvəl 58,2 milyard yuanlıq (təxminən 9 milyard dollar) səhmlər sataraq istehsal gücünü iki dəfədən çox artırmaq niyyətində olduğunu açıqlayıb. Üç yeni istehsal xətti şirkətin qərargahının yerləşdiyi Çinin şərqindəki Fujian əyalətinin Ningde şəhərində yerləşəcək. Digər ikisi Zhaoqing (Guangdong əyalətinin cənubu) və Changzhou (Şərqi Jiangsu əyaləti) şəhərlərindədir.  Şirkət elektrikli avtomobil bazarında artan tələbat fonunda istehsalını artırır.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tiktokerlər nə qədər vergi ödəməlidir?

Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək

3 ayda ölkəmizdə 13 min tondan çox pendir və kəsmik istehsal olunub

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir

1274 nəfər rezidenturaya imtahan verəcək

Nazir idarə rəisini işdən çıxardı

Nazir idarə rəisini işdən çıxardı

Bəzi şəxslər universiteti bitirdikdən sonra niyə işsiz qalır?

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq

Hicran Əyyubova direktor təyin edildi

Ləğv prosesində olan 2 bankın əmlakları hərraca çıxarılır

Şuşada müntəzəm şəhərdaxili sərnişindaşımaya icazə verilməsi qaydası müəyyənləşib

"Naxçıvan Bank"ın gəlirləri 4 milyon manatdan çox azalıb

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

“Azərikard” rəhbərinin türkiyəli müavini işdən ayrılıb

Ölkə ərazisində nə qədər kiçik sahibkarlıq subyekti var? – Bakıda 7 minə yaxındır

Azərbaycanda bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini işdən çıxarıldı

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin