Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı bir qədər artıb
Cari ilin 8 ayı ərzində Naxçıvan MR-da 338 milyon 53 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə MR-nın Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda əks olunub.
Qeyd edilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 15333 ton, süd istehsalı 70239 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb.
Ümumilikdə muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay