BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
18454

Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib. Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov rayonun Ləkit kəndində “Bal Evi” arıçılıq təsərrüfatında görülmüş işlərlə tanış olub, aqroekoturzim layihələrinin təqdimatı mərasiminə qatılıb. Mərasimdə “Şəhərdən Kəndə” layihəsi çərçivəində görülən işlər, bu sosial layihənin aqrar turizmin inkişafına, kənd yerlərində məşğulluğun artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verlib.

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın diversifikasiyası fonunda kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biri olmaqla son dövrlər sürətlə inkişaf edir. Kənd təsərrüfatını inkişafı həm də  təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Bu səbəbdən nazirlik tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra sosial yönümlü layihələr həyata keçirilir.  Bu layihələrdən biri aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.

Aqroekoturizm dünyanın müxtəlif ölkələrindən olan insanların diqqətini kənd yerlərinə, mövcud təsərrüfatlara və ekologiyanın qorunmasına yönəlmiş bir fəaliyyətdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bölgələrdə aqroekoturizm obyektlərinin müasir standartlar əsasında qurulmasına dəstək verilir. Artıq 5 belə təsrrüfata müvafiq dəstək göstərilib.

Daha sonra “Bal Evi” təsərrüfatının rəhbəri Bədrəddin Həsrətov, “Biogarden” təsərrüfatının rəhbəri Etibar Nuriyev, “Lakeside Garden” təsərrüfatının rəhbəri Ramtik Alızadə, “Ballı bağça” təsərrüfatının rəhbəri Anar Məmmədov öz təsərrüfatlarının təqdimatını keçiriblər. Təqdimat mərasimində Azərbaycanda aqroekoturizmin inkişafı üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərə tövsiyələr verilib.

Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaq, bu sahəyə maraq göstərən qadınlara müvafiq təlimlər keçmək, onları sosial layihə çərçivəsində arıçılıq avadanlıqları ilə təmin etməkdir.

Tədbirdə FAO-nun, Dövlət Turizm Agentiyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Qax rayon icra hakimiyyətinin nümayəndələri, aqroekoturizm modulu üzrə təlim keçmiş fermerlər iştirak ediblər. 

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. 

Bu günə qədər “Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 200-dən artıq fermer müraciət edib. Müraciət edən fermerlərin təsərrüfatlarına baxış zamanı bu təsərrüfatlardan 97-si aqroekoturizm üçün uyğun sayılıb. Əcnəbi və yerli mütəxəssislər tərəfindən 115 təsərrüfat sahibinə aqroekoturizm obyektlərinin qurulması istiqamətində təlimlər keçirilib, 40-dan çox təsərrüfata turlar təşkil olunub. Bu turlarda 900-ə yaxın turist, o cümlədən 170 əcnəbi turist işturak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin