BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
18365

Famil Cəfərov da sensasiyalı hadisənin qurbanlarındandır. Söhbət özünü "12-ci İmam Mehdi” kimi tanıdan və hazırda həbsdə olan Aqil Babayevdən gedir.

Famil Cəfərov da uzun illər Aqil Babayevin təsiri altında zərərçəkənlərdəndir:

"Mən Aqilin təşkil etdiyi dini söhbətlərdə, toplantılarda iştirak edirdim. Təxminən 2014-cü ilin əvvəllərində o, ilk dəfə məni üzbəüz qəbul edərək, məndən "mənim İmam Mehdi olduğuma inanırsanmı və məni bu cür qəbul edirsənmi?” deyə soruşdu, mən də həmin vaxt onu "12-ci İmam Mehdi” kimi qəbul etdiyimi, ona inandığımı bildirib, əlini öpdüm. Onun ətrafında olan hər kəs ona bu cür  biət edirdi. Aqil bizə nə deyirdisə, biz əməl edirdik.

Onun sözündən çıxmağa nə mənim, nə də digər inananların cürəti yox idi. Mən hər nə iş görürdümsə, Aqildən icazə alırdım. Aqilin tapşırığı ilə kasıb, dindar insanlara yardım göstərilməsi üçün müxtəlif məbləğlərdə vəsait yığılırdı. Aqil bizə deyirdi ki, qazancımızın 2,5 faizi ona verməlidir ki, o da öz növbəsində həmin pulları kasıblara paylasın. Mən də 2013-cü ildən başlayaraq hər ay qazancımın müəyyən hissəsini zəkat qismində ona verirdim”.

Zərərçəkən, bu illər ərzində, bir nəfər şəriki ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində 5 mərtəbəli 20 mənzilli binanı satış məqsədi ilə tikməyə başladıqlarını söyləyir: 

“Bundan əvvəl, Aqil Babayevdən həmin binanın tikintisi üçün icazəsini  almışdıq. Binanın tikintisi hələ davam etdiyi dövrdə təxminən 2015-2016-cı illərdə mənzilləri satışa çıxardıq. Həmin vaxt Aqil bizə bildirdi ki, öz ailə üzvləri ilə birgə yaşaması üçün həmin binanın ikinci və üçüncü mərtəbəsindəki mənzilləri alır, pulunu ödəyəcək.

Mənzillərin ümumi sahəsi 560 kvadrat metr idi, hər mərtəbədə 4 mənzil olmaqla ümumilikdə 8 mənzili Aqil Babayev bizdən aldı. Mənzillərin kvadrat metri 800 manat idi. Həmin mənzillərə görə Aqil Babayev 210.000 manat pul versə də, yerdə qalan 238.000 manatı verəcəyini bildirdi, lakin bu günədək pulları verməyib. Biz heç ağlımıza gətirmirdik ki, o bizi aldadır”. 

Pulu da qorxudan istəyə bilmədiklərini deyən F.Cəfərov, həmin 8 mənzili Aqilə təhvil verdiklərini qeyd edib: 

“Mən və şərikim elə bilirdik ki, Aqil orada bizim imamımız olaraq öz ailə üzvləri ilə birlikdə yaşayacaq, lakin sonradan bizə məlum oldu ki, Aqil həmin mənzilləri satıb, pulunu məmimsəyib. Saytlarda, sosial şəbəkələrdə onun biznesmen olduğu deyilir, amma, o, biznesmen deyildi. Aqil Babayev bu günə qədər heç bir biznes fəaliyyəti ilə məşğul olmayıb.

Hətta, o, 44 günlük Qarabağ müharibəsində fonda pul köçürənləri şeytan adlandıraraq, dindar şəhid və qazi ailələrinə ev tikib paylayacağını bildirərək, həmin pulları da mənimsəyib”.

Şikayətçinin sözlərinə görə, Aqil Babayev 2019-cu ildə yüksək sürətlə qəza törədib, 1 nəfərin ölümünə səbəb olub və hadisə yerini tərk edib. O, cinayət məsuliyyətndən və cəzadan boyun qaçırmaq məqsədi ilə ölkədən qaçıb, Rusiya Federsiyasına getmək istəyərkən hava limanında yaxalanıb.

Qeyd edək ki, hazırda da Aqil Babayevin özünün və yaxınlarının adı ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan yalan məlumatlar yayılmaqdadır. Bununla da, Aqil Babayev ictimaiyyətdə yanlış fikir formalaşdırmaq, zərərçəkmiş şəxslərə təsir göstərmək, hüquq mühafizə orqanlarının işinə kölgə salmaq, beləliklə cinayət məsuliyyəti və cəzadan boyun qaçırmağa çalışır.

Mənbə: Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünyanın ən bahalı 10 ətri - 2 milyondan başlayır

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Müştəri gözləntiləri nədir və necə qarşılanır? - SƏHƏR OXUSU

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin